“MAN-G Design and Construction” üçün inşaat anlayışı, təməlli və möhkəm bünövrədə, planlı şəkildə tikiləcək bir layihə nəzərdə tutulur (Mərdəkandakı Bağ evinin inşaatı).
Təmir – əsaslı və ya qismən dəyişiklik, yenilik deməkdir. Seçdiyiniz üsluba uyğun, zövqlü şəkildə təmirinizi bizə həvalə edin (Novxanıdakı Bağ evindən görüntü).
Müasir landşaft, ənənəvi bağçılıqdan çox fərqlənir. Hər növ təbii bitkilərin ölkəmizə çatdırılmasını və verilmiş dizayna uyğun yerləşdirilməsini  “MAN-G Design and Construction” uzun illərdir ki, peşəkarcasına həyata keçirir (Bilgəhdəki Həyət evindən görüntü).

Smetanın Hesablanması

Smetanın dəqiq tərtibatı, mütəxəssislərimizin  maliyyə  məsələlərini düzgün hədəfləməsi –  “MAN-G Design and Construction”-ı  digər şirkətlərdən fərqləndirən cəhətlərdəndir. Şirkətimiz hər layihənin büdcəsini təyin etmək üçün bütün bəndləri incələyir və müştərilərimizə aşağıdakı qaydada işin təşkilini təklif edir:

Birinci
Ikinci

1-ci tərtibatda müştəri ümumi məbləğdən xəbərdar olur, amma hər mərhələni dəqiq izləyə bilmir.

2-ci tərtibat isə tam dəqiq mərhələləri, materiallar və işçilik üçün ayrılan büdcəni, nəzərdə tutulmayan digər xərcləri və işi icra edən, ümumilikdə hər şeyə cavabdehlik daşıyan şirkətin komissiya haqqını da izləməyə imkan yaradır.

Yuxarıda göstərilən bütün hallarda iş prosesinin təşkili və nəzarəti, görüləcək işlərə cavabdehlik, müqavilədə göstərilmiş zaman ərzində işin təhvili yüksək peşəkarlıqla həyata keçirilir.

“MAN-G Design and Construction” yüksək peşəkarlıq və təcrübə ilə uzun illərdir ki, Azərbaycan inşaat sektorunda çox yeniliklərə və ilklərə imza atmışdır. Belə ki, 90-cı illər ərzində paytaxt Bakı və yaxın regionlarda tikilən bir çox dövlət-strateji obyekt, idarələr, 5 mərtəbəli yaşayış binaları və fərdi tikililər, hazırki şirkətin qurucuları və təsisçiləri tərəfindən inşa edilmişdir. Artıq 2-ci nəslə ötürülən şirkət rəhbərliyi bu missiyaya diqqətlə yanaşmış, tikinti-inşaat sektorunun bütün incəliklərini ali təhsil çərçivəsində Almaniya Federativ Respublikasında yiyələnmişdir. İstər şirkətin idarəetmə sistemi, istərsə də ərazidə və inşaat obyektlərində görülən işlərdə daim Avropa, Alman dəqiqliyi qorunmaqdadır.
Tikinti, təmir, layihələndirmə, interyer-eksteryer dizayn, landşaft, rekonstruksiya, söküntü kimi inşaata aid olan digər sahələr də şirkətimiz tərəfindən yüksək həssaslıqla yerinə yetirilir. Sadaladığımız bu istiqamətlər üzrə inşa ediləcək və ya sadəcə təmiri nəzərdə tutulan məkanda bütün normativlər qorunarsa, o zaman qənaətli, sağlam və uzun ömürlü bir iş ortaya çıxmış olar.
Ölkəmiz günü-gündən inkişaf etməkdədir və məhz bu irəliləmə inşaat sektorunda daha da qabarıq formadadır. Hər birimiz bu inkişafdan yararlanma imkanına malikik. Əgər sizin çoxdan arzu etdiyiniz bir layihə, nəzərdə tutduğunuz tikinti və ya təmir varsa, “MAN-G Design and Construction”-a buyurun, bizimlə görüşün, müzakirə edin. Sürətli və keyfiyyətli işimizlə ümidlərinizi doğruldacağıq!
Bütün hallarda müştəri ilə şirkət arasında müqavilə tərtib olunur. Xüsusi sifariş və ya ödəniş qaydaları nəzərdə tutulursa, onlar müqaviləyə əlavə oluna bilər.
Əksər hallarda işin icrasına start verildikdə 30 % avans, təyin olunmuş mərhələyə çatdıqda 30-40 % ödəniş və iş tam təhvil verildikdə isə qalıq 30 % ödəniş həyata keçirilir.

Layihələndirmə


Hər bir evin quruluşunda, onun layihəsi çox böyük rol oynayır

Smetanın Hesablanması


İşinizi yüngülləşdirin, smetanın hesablanmasını bizə həvalə edin.

Video çarxa bax

MAN-G Design & Construction

“MAN-G Design and Construction” uzun illərə dayanan biznes təcrübəsi və bazar biliyinə əsaslanaraq təmir və tikinti, eskiz layihə, layihələndirmə, landşaft dizayn, interyer dizayn, eksteryer dizayn işləri üzrə mükəmməl xidmətlər göstərir.
Xidmətlərimiz
Aşağıdakı xidmətlər üzrə məlumatı bizə zəng edib və ya online sorğu göndərib dəqiqləşdirə bilərsiniz
İnşaat dedikdə, çox geniş bir anlam yaranır və daim yenilənməkdə olan sahədir. Əsasən təməlli tikinti nəzərdə tutulur. Hətta bu sahə üzrə fəaliyyət göstərən…
Təmir – mövcud bir tikilinin, məkanın əsaslı və ya qismən formada dəyişdirilməsi, yenilənməsi deməkdir. Zamana və istəyə görə tam fərqli üslublarda təmir mümkündür…
İnteryer dizayn sahəsi, insanın dünyagörüşünü, həyat tərzini ifadə edən, ətrafının və özünün rahat hiss edə biləcəyi bir sahədir. Dizayn verilən məkana, istər yaşayış…
Xarici görünüşümüzə daim diqqət edən bir xalqıq. Bu hər bir sahə üzrə aktualdır. Yaşadığımız evin, binanın, iş yerimizin, getdiyimiz məkanın belə hər zaman…
Son illər ərzində inşa edilən fərdi tikililərdə, layihələrdə təbiətə, yaşıllıq və dekorativ ağaclara daha üstünlük verilir. Təbiəti sevən xalq olduğumuz üçün bunu daim…
Eskiz layihə tərtibatı sifarişçi ilə şirkət arasında ilk fikirlərin cəmləşdiyi bir formadır. Bura daxildir eskiz layihə, genplanın quruluşu, mərtəbələrin planı, fasadların…
Müştəri Məmnuniyyəti
Ən çox verilən suallar
Bəli. Bütün layihələrin icrasını həyata keçiririk. Nəzərdə tutduğunuz ən xırda görüləcək işin bütün incəliklərini araşdırır, dəqiq hesablama aparıb, işlərin icrasına başlayırıq.
Bəli, bütün hallarda şirkətimizlə müştəri arasında müqavilə bağlanılır ki, bu da işlərin ödəniş, proses ardıcıllığı və digər məsələlərin nəzərətinə köməklik edir.
Ümumilikdə təmir-tikinti aparıla biləcək bütün yerlərin inşasını həyata keçiririk. Portfoliomuzun əksər hissəsində korporativ layihələr yer alır. Amma bununla yanaşı ev, ofis, bağ evlərinin, hətta regionlarda təmir və digər işləri həyata keçiririk.
Evinizin daxili təmiri, mebel və aksesuarların planlı şəkildə düzülüşü, işıqlandırılması və s.
Məkanınızın xarici görünüşü, gözəlləyi və işıqlandırılması.
Müasir landşaft günbəgün inkişaf etməkdədir. Bura xaricdən gətirilmiş dekorativ ağaclardan tutmuş kəndsayağı düzülüş, tərtibat aiddir.
Smeta 2 cür tərtib olunur:
1. Biz sizin istəyinizi tam öyrənib ümumi materialı, görüləcək işləri və digər məsələləri hesablayıb sizə 1 m2 üçün qiymət təklifini və ödəniş şərtlərini bildiririk.
2. Bu halda isə hesablama ayrı-ayrı bəndlər üzrə aparılır və ümumi məbləğə 15% komissiya əlavə olunur. Müştərimiz rahatlıqla ümumi material dəyərini və keyfiyyətini, görüləcək işlər üzrə işçilik haqqını, işin icrasını, cavabdehliyini daşıyan şirkətə ödənişi və digər xərcləri hesablamaq imkanı olur.
Bəli, regionlarımızda da böyük işlərimiz var və davam edir (portfolio-da yaxından tanış ola bilərsiniz).
“MAN-G Design and Construction”-la əməkdaşlıq edən hər bir müştəriyə sənədləşmə işləri hədiyyə edilir.

Ünvan


Babək prospekti, 64D, 3-cü mərtəbə