Blog

Eskiz Layihənin hazırlanmasında 5 addım

   Hər bir layihənin, tikintinin və ya ən xırda inşa ediləcək bir məkanın mütləq formada bir eskizi olmalıdır. İlkin eskiz layihə ilə siz gələcək planları, xərcləri və təsəvvürü özünüzdə yarada bilərsiniz.
Eskiz layihənin tərkibinə daxildir:
1) bünövrənin planı;
2) hündürlüyü göstərilməklə fasadlar;
3) ölçüləri verilməklə hər bir mərtəbənin planı (pəncərələrin, qapıların qoyulması nəzərə alınmaqla); 4) əsas kəsiklərdə görünüşlər;
5) 3D qrafikada evin 4 tərəfdən fasadı.
Bütün layihələr qüvvədə olan tikinti norma və qaydalarına əsasən işlənib hazırlanır.

Xəyalınızdakı evi yaratmaq üçün 5 məsləhət

   Bir neçə il sonra xəyalınızdakı evdə yaşamaq istəyirsinizsə, “MAN-G Design and Construction”-nın sizin üçün 5 məsləhəti var. İndidən edə biləcəyiniz dekorasiya seçimləri ilə xəyalınızdakı evə bir addım daha yaxınlaşın.
Gəlin birlikdə bu 5 məqama nəzər salaq.
1. Evinizə xarakter qatacaq detallardan istifadə edin.
Mümkün olduğu qədər sənət əsərlərini əldə etməyə çalışın. Bu gələcəkdəki eviniz üçün gözəl bir seçim olacaq.
Əsla köhnəlməyəcək və evinizə xüsusilik qatacaq bir məqamdır.
2. Dövrün trendlərinin nəbzini kiçik detallarla tutun.
Misal üçün həmin il dekorasiyada naxışlar dəbdə ola bilər. Ancaq siz naxışlı yox, bir rəngli divan alaraq, üzərində naxışlı yastıqlardan istifadə edə bilərsiniz. Beləliklə keçici dəbə artıq xərc sərf etməməklə həmin trendləri evinizdə tətbiq edə biləcəksiniz.
3. Mətbəxinizdəki əsas hissələrə diqqət yetirin.
Mətbəxiniz üçün nəsə alarkən çəngəl, bıçaq, stəkan kimi uzun illər istifadə edə biləcəyiniz əşyaları almağa çalışın. Belə bir dəsti almaq üçün xəyalınızdakı evi, almağı gözləməyin.
4. Böyük bir kitabxana üçün indidən hazırlaşın.
Kitabxananızı bir-iki gündə yarada bilməyəcəyinizi bilməlisiniz. Ən dəyərli kitabxanalar isə yaşayaraq yaradılır.
5. Dəbdən düşməyəcək mebellər almağa diqqət edin.
Mebel seçimində hər dövrə uyğun gələn mebellərə üstünlük verməyinizi məsləhət görürük. Misal üçün divan dəsti alarkən, dizaynının gözəl olmasına, həm də davamlı olmasına diqqət edin. Davamlı bir dəstin üzlüyünü dəyişərək, yenidən istifadə edə bilərsiniz. Sadəcə parçasını dəyişib, qonaq otağınıza fərqli nəfəs gətirə bilərsiniz.

Təmirə nədən başlamaq lazımdır?

   Əgər mənzil dizaynı haqqında geniş biliklərə malik deyilsinizsə, bunu peşəkarlara həvalə edə bilərsiniz. Mənzil təmirini ilk öncə onun dizaynından başlamaq lazımdır. Biz isə sizə dizaynla bağlı vacib məqamları təqdim edirik. – Dizaynı başlamazdan əvvəl, təmir olunacaq otaq və ya mənzilin hansı funksiyanı daşayacağını, mənzildə kimlərin yaşayacağını müəyyən etmək lazımdır.

– Mənzilin tərzi və rəng çalarları da vacib amillərdən biridir. İnteryerdə olan rənglər, insanın psixoloji vəziyyətinə ciddi təsir göstərir. Dizaynın üslubu, birbaşa mənzil sahibinin hobbilərindən və yaşayış tərzindən asılıdır. Onun maraq dairəsindən (maraqlı şəkil və ya incəsənət əsərlərindən), evin dekorasiyasinda rahatlıqla istifadə oluna bilər.
– Otaqların ölçülərinə görə, əşyaları mənzilə harmoniya ilə yerləşdirmək lazımdır.
Kiçik mənzillərdə böyük mebeli, çılçıraqları yerləşdirmək məsləhət görülmür. Belə mənzillərin dekoru adətən daha açıq rənglərdə, lokanik və böyük olmayan mebel ilə yerləşdirilməlidir. Böyük mənzillərdə isə xırda elementli mebel zövqsüz görünəcəkdir.
– Dizayn və interyerin proyektinə gəldikdə isə, bu etapda siz professionalların məsləhətlərindən istifadə etməlisiniz. Dizaynerlər fikrinizi nəzərə alaraq sizin zövqünüzə uyğun dizayn hazırlayacaqlar.
Sonda isə qeyd etmək istərdik ki, mənzilin dizaynını təyin etməzdən öncə hər xüsusiyyəti nəzərə almaq lazımdır: divarlar, döşəməni, radiatorları, pəncərələrin yerləşməsi, tavanın hündürlüyü, qapıların sayı. Bu çox yorucu işdir, lakin səyləriniz nəticəsində, siz unikal bir interyer yaradacaqsınız. Hər bir layihənizdə uğurlar!

Landşaft planında 5 addım

   Landşaft planlaması peyzaj arxitekturasının bir hissəsidir.
Landşaft dizayn prosesi 5 mərhələdən ibarətdir;
1) Sahə inventar və analizini yaratmaq
2) Ehtiyacların müəyyənləşdirilməsi,
3) Sahənin tam istifadəsi üçün plan hazırlamaq (funksional diaqram yaratmaq üçün)
4) Konseptual dizayn planları hazırlamaq
5) Son dizayn planı hazırlamaq.
İlk üç addım dizayn üçün estetik, funksional və bitki ehtiyaclarını təmin etməkdən ibarətdir. Son 2 addım isə tam peyzaj planının yaradılması üçün bütün ehtiyacların həyata keçirilməsinə istiqamətlənib.

Keyfiyyətli boyama üçün nə lazımdır?

   Təmirin ayrılmaz hissəsindən biri də boya işləridir. Boyama zamanı əla nəticə əldə etmək və boyanın uzunömürlü olmasını təmin etmək üçün boyanacaq səth boya növünə görə hazırlanmalı, və su izolyasiyası ilə bağlı lazımi tədbirlər görülməlidir. Belə ki, rənglənəcək səth tozdan, kirdən, yağdan və digər köhnə, aşınmış boyalardan təmizlənməli, quru və təmiz hala salınmalıdır. Boyamaya keçməzdən əvvəl səthin möhkəmliyini və boyanın uzun ömürlülüyünü artırmaq üçün üzlük suvama işləri aparılmalıdır. Daha sonra mütləq səthin qurumasını gözləmək lazımdır. Çünki nəm boyanın mükəmməl yapışmasına mane olur, qabarmaların və kifin yaranmasına səbəb olur. Boya işlərində ikinci əsas məsələ havanın temperaturu və hava şəraitidir. Çox isti havalarda, günəş şüalarının birbaşa düşdüyü yerlərdə, güclü küləkdə, dumanda, yağış yağma ehtimalı olan zamanlarda çöl səthin boyanması işini təxirə salın. Çünki boyanın öz keyfiyyətini saxlaması, rəng çalarının olduğu kimi qalması və uzun ömürlü olması üçün səthin temperaturu minimum +5°C maksimum +25 °C olmalıdır. Daxili boyama zamanı isə normal otaq temperaturu gözlənilməlidir.

Fərdi evlərin qanuni tikintisi necə olmalıdır?

   Azərbaycanda 2013-cü ildən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsində fərdi evlərin tikintisi üçün icazə mexanizmi dəyişdirilib.
Məcəlləyə əsasən, fərdi evin tikintisi üçün məlumatlandırma icraatı tətbiq edilib. İndi qüvvədə olan həmin mexanizmə görə, torpaq sahibi tikiləcək evin layihəsini (bu layihə lisenziyalı memar tərəfindən çəkilməlidir), torpağın mülkiyyət hüququnu göstərən sənədin nüsxəsini və tikinti niyyəti barədə məktubu yerli icra hakimiyyətinə göndərir. Burada bir məsələni xüsusi qeyd etmək lazımdır: Adətən rayon icra hakimiyyətləri tikinti aparacaq şəxslərdən torpağın çıxarış sənədini tələb edir və başqa variantlara icazə verilmədiyini bildirirlər. Amma «Daşınmaz əmlakın dövlət reysteri haqqında» qanuna görə, ev tikintisinə başlamaq üçün çıxarışın alınması vacib deyil. Qanunun Reyster haqqında qanunun 8.0.9 və 8.0.10-cu maddələrinə görə, çıxarışla yanaşı, torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənədin olması kifayətdir.
1 ay ərzində icra hakimiyyəti layihəyə və bu niyyətə irad bildirməsə, vətəndaş tikintiyə başlaya bilər. Əgər icra hakimiyyəti irad bildirərsə, hökmən bütün iradları bildirməli və onun aradan qaldırılması yollarını da göstərməlidir. Vətəndaş bu iradları aradan qaldırdıqdan sonra tikintiyə başlaya bilər.

Ev dekorasiyası üçün 4 məsləhət

   Evinizdə müasir ab-hava yaratmağa nə deyirsiniz? Üstəlik bunun üçün köklü dəyişikliklərə ehtiyacınız yoxdur. Bir neçə xırda toxunuş evinizin qüsursuz görünməsi üçün bəs edəcək.
Müasir klassik mebellər
Qəribə səslənsə də, bir məkanı yeniləmək üçün atılacaq ilk addım onu zamansız əşyalarla doldurmaqdır. Müasir klassik mebelləri evin ən sevdiyiniz otağında qoruyun.
Dekorunuza metal əşyalar da əlavə edin
Metal toxunuşlar müasir dekorasiyanın əvəzedilməzidir. Mis, ya da qızılı rəngdə metal əşyalar dekorunuzda fərq yaratmanız üçün bəs edəcək. Ən yaxşı nəticə üçün hamısını birdən istifadə edə bilərsiniz.
Keçmiş naxışlı parçaları qarışdırın
Keçmişə dair parçaları müasir mebellərlə qarışdırın. Üstəlik bu parçaları almaq elə baha deyil.
İşıqlandırma mütləqdir
Düzgün işıqlandırma sistemi müasir dekorasiya üçün mühüm amildir. Əl işi lampalar, fərqli rəng və şəkildə çil-çıraqlar, heykəl formasında işıqlandırma qurğusu da sizə kömək edəcək.

Kiçik mətbəxi necə zövqlü dizayn etmək olar?

   Kiçik bir evdə yaşayırsınızsa böyük ehtimal kiçik mətbəxiniz vardır. Əgər mətbəxinizi düzgün şəkildə dizayn etməsəniz təbii ki, bu vəziyyət sizə problem yaradacaq. Kiçik mətbəxdə yaxşı dizayn ortaya çıxarmaq çətin prosesdir, amma imkansız deyil. Mətbəxinizi öz xarakteriniz əsasında dizayn etməklə siz ailənizə rahat bir mühit bəxş edə biləcəksiniz. Kiçik mətbəxlərinizi daha geniş və zövqlü hala gətirmək üçün sizə 5 məsləhətimiz olacaq.

1. Açıq rənglərdən istifadə
Siz açıq rənglərdən istifadə edərək mətbəxinizdə daha geniş və fərah görüntü yarada bilərsiniz. Açıq rənglər həm də insanlarda psixoloji rahatlıq yaradır

2. Əlavə yer qazan
Dolabları divarın içinə yerləşdirmə sistemi ilə mətbəxdə işlərinizi görmək üçün əlavə yer qazanmış olacaqsınız.

3. Bar istifadəsi
Mətbəxdə bardan istifadə sizə həm yemək yeyərkən həm də hazırlayarkən rahatlıq yaradacaq. Bu üsul həm də mətbəxdə əlavə masa qoyulmasının qarşısını alacaq.

4. U şəkilli mətbəx
Kiçik mətbəxlər üçün U şəklində olan dəzgahlar da çox yaradıcı fikirdir. Bu tip mətbəx dizaynı həm mətbəxin 3 divarının da istifadəsini təmin edir, həm də mətbəx əşyalarını depolamaq üçün əlverişlidir. Bu tip mətbəxlər dağınıqlığın da qarşısını almaqda kömək edir.

5. Mətbəxinizi doğru işıqlandırma
İşıqlandırma sisteminin düzgün istifadəsi ilə mətbəxinizdə işıqlı, aydın bir mühit yarada bilərsiniz. Burada led işıqlandırmadan da istifadə edə bilərsiniz ki, bu həm iş görülməsində sizə kömək olacaq,həm də zövqlü dizaynınızın bir parçası olacaq.

Ev dekorasiyası üçün 4 məsləhət

   Evinizdə müasir ab-hava yaratmağa nə deyirsiniz? Üstəlik bunun üçün köklü dəyişikliklərə ehtiyacınız yoxdur. Bir neçə xırda toxunuş evinizin qüsursuz görünməsi üçün bəs edəcək.
Müasir klassik mebellər
Qəribə səslənsə də, bir məkanı yeniləmək üçün atılacaq ilk addım onu zamansız əşyalarla doldurmaqdır. Müasir klassik mebelləri evin ən sevdiyiniz otağında qoruyun.
Dekorunuza metal əşyalar da əlavə edin
Metal toxunuşlar müasir dekorasiyanın əvəzedilməzidir. Mis, ya da qızılı rəngdə metal əşyalar dekorunuzda fərq yaratmanız üçün bəs edəcək. Ən yaxşı nəticə üçün hamısını birdən istifadə edə bilərsiniz.
Keçmiş naxışlı parçaları qarışdırın
Keçmişə dair parçaları müasir mebellərlə qarışdırın. Üstəlik bu parçaları almaq elə baha deyil.
İşıqlandırma mütləqdir
Düzgün işıqlandırma sistemi müasir dekorasiya üçün mühüm amildir. Əl işi lampalar, fərqli rəng və şəkildə çil-çıraqlar, heykəl formasında işıqlandırma qurğusu da sizə kömək edəcək.

Kiçik otağı necə geniş göstərmək olar?

   Aşağıdakı bir sıra dizayn və vizual qavrayış qanunlarından istifadə edərək, hər hansı bir kiçik otağı daha rahat və geniş etmək olar. – Divar və tavanın açıq rənglərdə olması: Siz divar kağızını böyük dekorativ bəzəklə deyil, sadə şaquli zolaqlar ilə seçməlisiniz. Bu otaqların vizual hündürlüyünü artırmağa imkan verir.
– İşiqlı otaq daha geniş görünür: Əgər kifayət qədər təbii və ya süni işıqlandırma varsa hər hansı bir kiçik otaq vizual daha geniş görünür.
– Pərdə seçimi: parlaq və böyük naxışlar olmadan açıq rəngli materiallara üstünlük verilməlidir. Həmçinin pəncərəaltı da bitki və ya güllərdən istifadə minimuma endirmək lazımdır.
– Siyirməli qapı modellərindən istifadə etmək: belə konstruksiyalar əlavə yer tutmur. Siyirməli qapıların əsas üstünlüyü isə qapını açıb bağlayan zaman səsin olmamasıdır.
– Kompakt və ya asanlıqla qatlana bilən mebellər: Standart və həcmli mebelləri mütləq yüngül, praktik stellajlar ilə əvəz etmək lazımdır. Qatlanma divan sayəsində siz otağın sahəsinə qənaət edə bilərsiniz, lazımlı əşyalar saxlaya bilərsiniz.
– Mebelin rəngi: Tünd rəngin gündəlik həyatda daha praktik olmasına baxmayaraq, bu cür mebel kiçik otaqlar üçün uyğun deyil. Ümumi rəng sxemlərindən asılı olaraq, mebel yüngül pastel çalarlarında olmalıdır: bej, mavi və ya açıq yaşıl.

Sanitar qovşağın təmiri zamanı nələrə diqqət etmək lazımdır?

   Sanitar qovşağın təmiri evlərdə, binalarda, ofis və s. yerlərin içində olan kiçik otağın qismən və ya tam olaraq təmir işləridir.
Sanitar qovşağın təmiri zamanı diqqət edəcəyimiz məsələlər aşağıdakılardır:
– Kafel və metlax seçimi
– Kiçik şkafların seçimi
– Vannanın təmiri və ya dəyişdirilməsi
– Sauna hissəsinin dəyişdirilməsi, təmiri və ya yenidən qurulması
– İşıqlandırma sisteminin təmiri və ya quraşdırılması
– Əl-üz yuyan çanaqlarının təmiri və ya quraşdırılması

Mənzil təmirini nədən başlamalı?

   Mənzil təmirini ilk öncə mənzilin dizaynından başlamaq lazımdır. Mənzilin dizayn etdiyiniz zaman vacib olan amillər varki onlara diqqət yetirməlisiniz. Evinizi hansı şəkildə dizayn edəcəyinizə qərar vermədən öncə , ilk əvvəl hansı dizayn növlərinin olduğunu öyrənməli və bunlardan hansının sizə daha çox uyğun olduğunu anlamalısınız. Otağın ölçülərinə əsaslanaraq üslub seçimi etmək məsləhət görülür. – Sonra mənzil təmirinin qiyməti (smetası) hazırlanmalıdır, yəni təmirə dəqiq nə qədər pul xərclənəcək: istehlak və üzlük materialları, alətlər, nəqliyyat, ustaların əmək haqqı, zibilin daşınması və digər gözlənilməz xərclər (təmirin 10% çata bilər). 
   Daha sonra dizayna uyğun santexnika, dayaqlarının qoyulması, elektrik xətlərinin, astar, üzlük, suvaq, o cümlədən döşəmənin, tavanın rənglənməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, divar kağızının vurulması, parketin laklanması.

Muasir mətbəx dizaynı necə olmalıdır?

   Müasir dövrümüzdə mətbəxlər evin ən böyük hissəsinə sahib olan əraziyə çevrilib. Müasir mətbəxdə ərazi olaraq mətbəx evin ən böyük otağı olur. Hətta qonaq otağı balacalaşır, onun yerini mətbəx alır. Son dövrlərdə insanların evdə ailəsi ilə toplaşdığı yer mətbəxdir. Ailə mətbəxdə cəmləşir. Bu bütün dünyanın həyat tərzidir.
– Müasir mətbəx otaqları yalnız mətbəx dolablarından ibarət olmamalıdır. Mətbəxdə yumşaq mebel, TV stend və rahatlığınızı təmin edəcək başqa əşyalar da yer almalıdır.
– Müasir mətbəxlər artıq göstərişdən uzaq, tam rahatlığı təmin etmək məqsədilə və ehtiyaclar əsasında dizayn edilir.
Mətbəx xanımların cəmləşdiyi yer deyil, mətbəx ailənin cəmləşdiyi yerdir. Mətbəx mənzilin ürəyidir.

Tikinti materialları alarkən nələrə diqqət etməliyik?

   Hər bir istehlakçını inşaat materialları alarkən onların keyfiyyəti, standartlara uyğunluğu və təhlükəsizliyi düşündürür. İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, qanunvericiliyə görə, tikinti mallarının miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların əsas hüquqlarından biridir. Ona görə də həmin materialları alarkən istehlakçı hüquqlarınızın pozulmaması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın: -malın adı və qiymətini; -istehsalçının adı və ünvanını; -malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatını; -malın əsas xüsusiyyətləri və istehlak xassələrini; -malın səmərəli və təhlükəsiz istifadə qaydalarını; -materialların və məmulatların ölçülməsi qaydasını; -təminat öhdəliklərini və iddiaların irəli sürülməsi qaydalarını; -malın materialı, markası, tipi, ölçüsü və digər əsas göstəriciləri haqqında məlumatları.
Satıcı muştəriyə, konkret mal üçün müəyyən edilmişsə, zəmanət müddəti, alınma şərtləri, malı xarakterizə edən marka, tip, ölçü, material və başqa əsas göstəricilər haqqında lazımi və dürüst məlumatları verməyə, aldığı malın çəkisini, ölçüsünü və növünü yoxlamaq üçün hər cür şərait yaratmağa borcludur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən bəzi inşaat materiallarının satışı üçün sertifikatların alınması məcburidir. İstehlakçı olaraq hər kəs tikinti materialları alarkən qeyd olunan məsələlərdə diqqətli olmalı, mal haqqında satıcıdan zəruri məlumatları öyrənməli, malın sertifikatını tələb etməli, malın görünüşünü diqqətlə nəzərdən keçirməli, hüquqlarının müdafiəsində aktiv olmalı və bu sahədə hər hansı qanun pozuntusuna rast gəldikdə aidiyyəti üzrə müraciət etməlidirlər.
.

Otaqları necə işıqlandırmalı?

Dəhliz: – Bir qayda olaraq, mənzillərimizin əksəriyyətində dəhlizlər dar və kiçikdir. İşığın köməkliyi ilə bütün bu çatışmazlıqları aradan qaldırmaq olar. Parlaq işığı divarlara yönəldərək dar dəhlizi genişləndirmək mümkündür. Qeyri-düzgün formaya malik dəhlizdə müxtəlif künclərdə işıqlandırma təşkil etmək və köməkçi işıqlandırma ilə tamamlamaq olar.
Qonaq otağı: – Qonaq otağında mütləq şəkildə ümumi işıq mənbəyi, yəni parlaq lampaları olan böyük çılçıraq olmalıdır. Bununla belə, oxumaq, toxumaq və məişət işləri ilə məşğul olmaq rahat olan divan və yaxud kresloların yanında işıqlanmaya xüsusi diqqət yetirmək lazımdır. Ev kinoteatrı olduğu halda isə onun yanında yüngül işıq mənbələri (döşəmədə, yaxud divarda) quraşdırılır.
Hamam otağı: – Burada ümumi və yerli (məsələn, güzgünün yanında) işıqlandırmadan istifadə etmək olar. Halogen və yaxud gün işığı lampalar quraşdırmaq, sudan qorumaq və işığın bərabər şəkildə yayılması üçün mütləq plafonlardan istifadə etmək daha məsləhətlidir.
Mətbəx: – Burada zonalı işıqlandırmadan istifadə etmək ən yaxşısıdır: iş görülən hissənin və yemək masasının üstündə. Lampaları mebelin içərisində yerləşdirmək, həmçinin tavan və yaxud divar lampalarından da istifadə etmək olar.
Yataq otağı: – Bu işığın bərabər şəkildə paylanmalı olduğu bir otaqdır. Otağın bir hissəsini işıqlandırmaq, digər hissəsini isə alaqaranlıq saxlamaq lazım deyil. Ümumi və yerli işıq mənbələrindən istifadə edin. Yəni, böyük bir çilçıraq asın və yatağın yanında masa lampası qoyun.