Araz Supermarket Baş Ofis - Azure Centre

Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan 'Araz Supermarket' şəbəkəsinin Baş Ofisində genişmiqyaslı yenidənqurma və təmir işləri Man-G Design & Construction tərəfindən həyata keçirilmişdir.

Layihə çərçivəsində ofis sahəsinin köhnə infrastrukturu tamamilə yenilənmiş, işçilərin səmərəli fəaliyyəti üçün müasir standartlara cavab verən yeni planlama tətbiq edilmişdir. Söküntü işlərindən başlayaraq, bölmələrin yenidən qurulması, mühəndis kommunikasiyalarının (elektrik və havalandırma hazırlığı) inteqrasiyası və incə bitirmə işləri yüksək dəqiqliklə icra olunmuşdur.

Müasir Ofis Mühiti

Araz Supermarketin Baş Ofisində həyata keçirdiyimiz yenidənqurma işləri, sadəcə təmirdən ibarət deyildi. Biz məkanı 'karkas' vəziyyətinə qədər sökərək, ofisin erqonomikasını tamamilə yenidən qurduq. Yeni arakəsmələr, xüsusi gizli işıqlandırma sistemləri və müasir döşəmə örtükləri ilə işçilər üçün motivasiyaedici və funksional bir mühit yaratdıq

“Görülən işlərin sürəti və keyfiyyəti bizi çox qane etdi. Xüsusilə tavan və işıqlandırma həlləri ofisə tamamilə yeni bir hava qatdı.”

İlahə MəmmədovaLayihə Meneceri, Araz Supermarket