Satınalmalar Ofisi - Beynəlxalq Hava Limanı

Man-G Design & Construction tərəfindən Satınalma Departamenti üçün nəzərdə tutulan sahədə sıfırdan yeni ofis mühiti yaradılmışdır. Layihə çərçivəsində məkanın planlaması tamamilə yenidən işlənmiş, arakəsmə divarlar hörülərək iş otaqları formalaşdırılmışdır.

Ofisin infrastrukturu – elektrik, rabitə, istilik və santexnika sistemləri tamamilə yeni çəkilmişdir. İnteryerdə müasir ofis standartlarına uyğun olaraq Armstrong tavan sistemləri, laminat döşəmə və səs izolyasiyalı MDF qapılar quraşdırılmışdır. Həmçinin, dam örtüyü və fasad işləri də daxil olmaqla obyekt tam 'açar təhvil' təhvil verilmişdir

Boş Sahədən Tam Təchizatlı Ofisə

Bu layihədə məqsədimiz mövcud sahəni Satınalma komandası üçün tam funksional bir iş mərkəzinə çevirmək idi. Biz təməldən başlayaraq – yeni divarların hörgüsü, dam örtüyünün qurulması və bütün mühəndis kommunikasiyalarının (su, işıq, istilik) sıfırdan çəkilməsini həyata keçirdik.

Divarlar hamarlanaraq yüksək keyfiyyətli divar kağızları ilə üzləndi, tavanda isə həm estetik, həm də texniki baxımdan əlverişli işıqlandırma həlləri tətbiq edildi. Nəticədə, sıfırdan yaradılmış, istifadayə hazır və komfortlu bir ofis ərsəyə gəldi.

“Şirkətimiz üçün ayrılan bu sahədə qısa müddətdə belə bir müasir ofisin qurulması təqdirəlayiqdir. Divarların bölgüsündən tutmuş, istilik sisteminə qədər hər şey sıfırdan və yüksək keyfiyyətlə qurulub. Komandamız yeni yerindən çox razıdır.”

Amil AbdullayevLayihə Koordinatoru