GƏLƏCƏYİNİZİ QURUN
Man-G ailəsi hər zaman yeni ideyalara və enerjili mütəxəssislərə açıqdır. Memarlıqdan mühəndisliyə, layihə idarəçiliyindən sahə işlərinə qədər geniş imkanlar sizi gözləyir. Tikinti sektorunda iz qoymaq və Man-G keyfiyyət imzasını birlikdə atmaq üçün müraciətinizi göndərin.
NİYƏ BİZİMLƏ İŞLƏMƏLİSİNİZ?
Karyera İnkişafı
Peşəkar təlimlər və böyük layihələrdə iştirak edərək potensialınızı tam olaraq üzə çıxarın.
Sabitlik və Güvən
Tam rəsmi qeydiyyat və əməkhaqqının vaxtında ödənilməsi ilə sabit və güvənli iş mühiti zəmanəti.
Müasir İş Mühiti
İnnovativ ofis şəraiti və müasir texnologiyalarla təchiz olunmuş iş mühitində çalışaraq, açıq ünsiyyət sayəsində layihələrdə rahat işləmə imkanı.
Komanda Ruhu
Bir-birini dəstəkləyən, yeniliklərə açıq və mehriban kollektivin bir parçası olun.
Aktiv Vakansiyalar
B2C Satış Meneceri
Müştəri müraciətlərinin satışa çevrilməsini, premium layihələrin təqdimatını və müqavilələrin bağlanmasını təmin edərək, B2C satış prosesini CRM üzərindən son nəticəyədək effektiv idarə etmək.
Vəzifə öhdəlikləri:
• Daxil olan müraciətlərin (leadlərin) keyfiyyətli idarə olunması və satışa çevrilməsi
• Müştərinin ehtiyaclarının dərin analizi (büdcə, zövq, istifadə məqsədi)
• Layihələrin təqdimatı
• Obyekt baxışlarının təşkili və peşəkar təqdimatlar
• Fərdi kommersiya təkliflərinin hazırlanması
• Müqavilələrin bağlanması və danışıqların aparılması
• Layihə müddətində müştəri ilə əlaqənin saxlanması
• Müştəri bazasının CRM-də idarə olunması, satış mərhələlərinin izlənməsi və nəticələr üzrə hesabatların hazırlanması
• Satış performansının artırılması üçün ideyaların verilməsi
Namizədə dair tələblər:
Təcrübə və bilik:
• Minimum 2-4 il B2C satış təcrübəsi
• Tikinti, təmir və ya interyer dizayn sahəsində təcrübə – böyük üstünlükdür
• Yüksək büdcəli müştərilərlə işləmə təcrübəsi
Bacarıqlar:
• Güclü ünsiyyət və təqdimat bacarığı
• Etirazlarla işləmə və danışıqlar aparma bacarığı
• Müştəri psixologiyasını anlama
• Satışı “bağlama” (closing) bacarığı
• CRM ilə işləmə təcrübəsi
• MS Office (xüsusilə Excel və PowerPoint)
• Sosial media üzərindən satış prosesini anlama
Şəxsi keyfiyyətlər:
• Nəticəyönümlü və məsuliyyətli
• Aktiv və təşəbbüskar
• Estetik zövq və dizayna maraq
Təklif edirik:
• Fix maaş + yüksək faizli bonus sistemi (real qazanc potensialı)
• Premium və maraqlı layihələrdə iştirak
• Güclü satış mühiti və real lead axını
• Karyera yüksəlişi (Senior / Team Lead perspektivi)
• Təlim və inkişaf imkanları
İş şəraiti:
• İş qrafiki: Tam iş günü
• İş formatı: Ofis + sahə görüşləri
• Ünvan: Bakı şəhəri, Babək pr
Tikinti Mühəndisi
Tikinti layihələrinin texniki baxımından idarə olunması, planlaşdırılması və icrasının təmin edilməsi.
Vəzifə Öhdəlikləri:
- Tikinti layihələrinin texniki baxımından tam idarə olunması;
- Layihə və smeta sənədlərinin hazırlanması, təhlili və büdcəyə uyğunluğunun təmin edilməsi;
- Tikinti prosesinin planlaşdırılması və icrasına, həmçinin işlərin keyfiyyətinə nəzarət;
- Podratçı və sahə komandalarının koordinasiyası;
- Tikinti norma və qaydalarına, keyfiyyət standartlarına və smeta tələblərinə uyğunluğun təmin edilməsi;
- Texniki problemlərin operativ və effektiv həlli;
- Layihə üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Tikinti mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Minimum 5 il müvafiq iş təcrübəsi;
- Layihə və smeta sənədləri ilə sərbəst işləmə bacarığı;
- Ofis proqramlarında sərbəst işləmə bacarığı (Excell yüksək səviyyədə);
- AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı;
- Tikinti normativləri, standartlar, texnologiyalar və keyfiyyət yoxlaması üzrə dərin bilik;
- Yüksək məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma.
Üstünlük veriləcək:
- Böyük həcmli və ya kompleks layihələrdə iştirak təcrübəsi;
- Komanda idarəetmə təcrübəsi;
- Bir neçə layihəni paralel idarə etmə bacarığı.
Vaxtı keçmiş vakansiyalar
Layihə rəhbəri
Sürücü-təchizatçı
Sahə rəisi
Satınalma üzrə mütəxəssis
Sizə uyğun iş təklifi yoxdur?
Əgər aktiv vakansiyalarımız arasında sizə uyğun pozisiya tapmadınızsa, lakin komandamızın bir parçası olmaq istəyirsinizsə, CV-nizi bizimlə bölüşün. Təcrübənizi dəyərləndirb uyğun imkanlar yarandıqda sizinlə əlaqə saxlayacağıq.
