Aktual Akademiya – Təhsil Mərkəzinin Əsaslı Təmiri

Biz təkcə divarları boyamadıq, biz öyrənmə həvəsi yaradan bir mühit qurduq. Aktual Akademiya layihəsində ən vacib nüanslar – yanğın təhlükəsizliyi sistemi, sanitar qovşaqların gigiyenik standartlara uyğun qurulması və fasadın cəlbedici görünüşü idi. Hər bir detal, girişdəki reklam lövhəsindən tutmuş, siniflərdəki rozetkaların yerinə qədər incəliklə düşünülüb

Yenilənmiş Tədris Mühiti

Aktual Akademiyanın Əhmədli filialında köhnə infrastrukturu tamamilə yenilədik. Divarların söküntüsündən başlayaraq, yeni planlama, yanğın təhlükəsizliyi və havalandırma sistemlərini sıfırdan qurduq. Fasadın alkopanla üzlənməsi və interyerdəki müasir işıqlandırma həlləri sayəsində, bina sadəcə təmir olunmadı, həm də yeni bir kimlik qazandı.

“Man-G komandası binanın əvvəlki halını tanınmaz dərəcədə dəyişdi. Tələbələrimiz üçün yaratdıqları bu işıqlı və təhlükəsiz mühit, tədris keyfiyyətimizə birbaşa müsbət təsir edir.”

Jalə ƏhmədovaDirektor, Aktual Akademiya