
Rossmann – Gəncə Mall Filialı
Gəncə Mall-da yerləşən beynəlxalq "Rossmann" mağazalar şəbəkəsinin yeni filialının əsaslı təmiri və "açar təhvili" təhvil verilməsi "Man-G Design and Construction" şirkəti tərəfindən uğurla icra edilmişdir. Layihə çərçivəsində mövcud mühəndis-kommunikasiya şəbəkəsi tamamilə yenilənmiş, beynəlxalq "retail" standartlarına və ticarət mərkəzinin sərt rejim qaydalarına cavab verən yüksək keyfiyyətli "fit-out" işləri həyata keçirilmişdir.
Müasir Ticarət Məkanı Təcrübəsi
Rossmann üçün həyata keçirdiyimiz layihədə məqsəd sadəcə kosmetik yenilənmə deyil, beynəlxalq standartlara tam cavab verən təhlükəsiz və funksional bir ticarət məkanı yaratmaq idi. Biz obyekti əvvəlki örtüklərdən və köhnə mühəndis sistemlərindən tamamilə təmizləyərək ("karkas" vəziyyətinə gətirərək) sıfırdan yenidən qurduq. Mağazanın tələblərinə uyğun olaraq yeni iqlimləndirmə (HVAC), mürəkkəb yanğın (sprinkler) və elektrik sistemlərinin quraşdırılması məkanın texniki gücünü və təhlükəsizliyini təmin etdi. Sifarişçinin korporativ konseptinə əsaslanan həssas "fit-out" və tamamlanma işləri isə məkana müasir, aydın və estetik bir görünüş qazandırdı.
“Man-G Design & Construction komandası tikintinin hər mərhələsində yanımızda oldu və vizyonumuzu gözlədiyimizdən daha yüksək keyfiyyətlə reallaşdırdı. İşin sürəti və dəqiqliyi heyranedicidir!”
Etibar MəmmədovLayihə meneceri, Rossman














