Second Cup - Beynəlxalq Hava Limanı Filialı

Second Cup layihəsində əsas hədəfimiz qəhvə həvəskarları üçün həm estetik, həm də texniki cəhətdən qüsursuz bir mühit yaratmaq idi. Layihə çərçivəsində məkanın funksionallığını artırmaq üçün əsaslı söküntü işləri aparıldı və yeni planlama tətbiq edildi.

Xüsusilə nəm izolyasiyası, havalandırma sisteminin düzgün inteqrasiyası və döşəmənin davamlılığına xüsusi diqqət yetirildi. Tavanın xüsusi qara boya ilə işlənməsi məkana müasir və dərinlik qatan bir atmosfer bəxş etdi

Loft Üslubunda Qəhvə Təcrübəsi

Second Cup üçün həyata keçirdiyimiz layihədə məqsəd sadəcə təmir deyil, xüsusi bir aura yaratmaq idi. Biz məkanı tamamilə 'karkas' vəziyyətinə qədər sökərək, onu sənaye (loft) üslubunda yenidən canlandırdıq. Tavanın xüsusi qara boya ilə rənglənməsi və mühəndis kommunikasiyalarının (havalandırma borularının) interyerin bir hissəsi kimi saxlanılması məkana müasir dərinlik qatdı.

“Texniki tapşırıqların dəqiqliklə yerinə yetirilməsi bizim üçün prioritet idi. Nəticə həm estetik, həm də mühəndislik baxımından qüsursuzdur”

Kamran XanjenbekovMarketinq rəhbəri, Second Cup