
Şüvəlan Bağ Evi – Tamamlama və Renovasiya İşləri
Man-G Design & Construction komandası Şüvəlanda yerləşən fərdi yaşayış evində kompleks tamamlama işlərini həyata keçirmişdir. Layihənin əsas məqsədi binanın mühəndis sistemlərini (elektrik, su, istilik) tam işlək vəziyyətə gətirmək və fasadın dayanıqlılığını artırmaq idi.
Evin dam örtüyü 'Masterseal 525' sistemi ilə izolyasiya edilmiş, yağış suları sistemi (navalçalar) yenilənmiş və divarlardakı nəm çəkmiş hissələr bərpa olunmuşdur. Həmçinin, həyətyanı sahədə abadlaşdırma işləri aparılmış, giriş hissəyə karbonat daş düzülmüş və darvaza rənglənmişdir
Yenilənmiş Mühəndis Sistemləri
Təmirdən sonra evdəki bütün həyati vacib sistemlər – Kombi, Elektrik və Hidrofor avtomatlaşdırılmış rejimdə işləyir. Qaz borularının rənglənməsindən tutmuş, domofon sisteminə qədər hər detal incələnib yeniləndi. Ev artıq həm yay, həm də qış mövsümü üçün tam komfortludur.
“Həm həyətdəki su-qaz sistemlərini səliqəyə saldılar, həm də evin içində mebel quraşdırdılar. Bir şirkətin bütün bu xırda və vacib işləri 'açar təhvil' görməsi işimizi çox asanlaşdırdı. Peşəkar yanaşma üçün təşəkkürlər.”
Coşqun ƏliyevSifarişçi















