İnteryer dizayn sahəsi, insanın dünyagörüşünü, həyat tərzini ifadə edən, ətrafının və özünün rahat hiss edə biləcəyi bir sahədir. Dizayn verilən məkana, istər yaşayış istərsə də iş yerlərinə öncədən üslub (klassik, modern, barokko, etnik və s.) seçilməli və interyerdə yer tutacaq hər bir nöqtənin planı aparılmalıdır. Sonradan seçiləcək aksesuarlar, işıqlandırma sistemindən başlayaraq mebellərə qədər bütün addımlar, məhz bu stilə uyğun seçiləcəkdir.
“MAN-G Design and Construction”-nın memarları və dizaynerləri sizə təsəvvürlərinizi 3D formatında reallaşdırmağa, fikirlərinizi cəmləşdirməyə və hər bir incəliyi sizinlə müzakirə etməyə hazırdır. Dəqiq seçim, fikir formalaşdıqdan sonra iş icrasına başlaya bilərik.