Eskiz layihə tərtibatı, sifarişçi ilə şirkət arasında ilk fikirlərin cəmləşdiyi bir formadır. Bura daxildir: eskiz layihə, genplanın quruluşu, mərtəbələrin planı, fasadların görünüşü, perspektiv görünüş, zəruri kəsimlər, dam örtüyünün planı və s. Sifarişçinin istəkləri yuxarıda sadalananlar çərçivəsində qeydə alınır, kompaktlaşdırılır və ümumi bir müzakirə üçün təsvir meydana çıxır.
Hər bir layihənin, tikintinin və ya ən xırda inşa ediləcək bir məkanın mütləq formada bir eskizi olmalıdır. İlkin eskiz layihə ilə siz gələcək planları, xərcləri və təsəvvürü özünüzdə yarada bilərsiniz. Bu ilk və ən önəmli mərhələdə “MAN-G Design and Construction” olaraq sizinlə bərabərik!