Smeta hesablanması

“MAN-G Design and Construction” > Smeta hesablanması

Smetanın Hesablanması

Smetanın dəqiq tərtibatı, mütəxəssislərimizin  maliyyə  məsələlərini düzgün hədəfləməsi –  “MAN-G Design and Construction”-ı  digər şirkətlərdən fərqləndirən cəhətlərdəndir. Şirkətimiz hər layihənin büdcəsini təyin etmək üçün bütün bəndləri incələyir və müştərilərimizə aşağıdakı qaydada işin təşkilini təklif edir:

Birinci
Smetada göstərilən material, işçilik və digər məsələlər üçün dəqiq əmsal (qiymət) tərtib olunur, ümumi məbləğ hesablanır (1 m2 üçün).
Ikinci
Smetada bütün bəndlər ayrı-ayrılıqda müştəriyə izah olunur. Material, işçilik və digər məsələlər üçün real bazar qiymətləri təyin edilir və bütün görüləcək işlərin icrası və cavabdehliyi üçün şirkətə 15% komissiya ödənilir.

1-ci tərtibatda müştəri ümumi məbləğdən xəbərdar olur, amma hər mərhələni dəqiq izləyə bilmir.

2-ci tərtibat isə tam dəqiq mərhələləri, materiallar və işçilik üçün ayrılan büdcəni, nəzərdə tutulmayan digər xərcləri və işi icra edən, ümumilikdə hər şeyə cavabdehlik daşıyan şirkətin komissiya haqqını da izləməyə imkan yaradır.

Yuxarıda göstərilən bütün hallarda iş prosesinin təşkili və nəzarəti, görüləcək işlərə cavabdehlik, müqavilədə göstərilmiş zaman ərzində işin təhvili yüksək peşəkarlıqla həyata keçirilir.