Vəzifə öhdəlikləri
• Tikinti layihələrinin planlaşdırılması, təşkili və ümumi idarə olunması
• Layihənin büdcə, vaxt qrafiki və keyfiyyət göstəricilərinə uyğun icrasının təmin edilməsi
• Layihə sənədlərinin (plan, işçi cizgilər, smeta və s.) koordinasiyası və nəzarəti
• Tikinti sahəsində görülən işlərə gündəlik və mütəmadi nəzarət
• Podratçı və subpodratçıların işinin təşkil edilməsi və nəzarətdə saxlanılması
• Mühəndis, memar, texniki nəzarətçi və digər mütəxəssislərlə koordinasiyalı işin qurulması
• Material və texniki resursların vaxtında təmin edilməsinə nəzarət
• Layihə üzrə risklərin müəyyən edilməsi və operativ həllərin verilməsi
• Dövlət tikinti norma və qaydalarına əməl olunmasının təmin edilməsi
• Layihənin mərhələlər üzrə icrasına dair rəhbərliyə mütəmadi hesabatın verilməsi
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
Namizədə tələblər
• Ali təhsil (İnşaat mühəndisliyi, Memarlıq və ya müvafiq sahə üzrə)
• Tikinti sahəsində peşəkar təcrübə
• Layihə idarəetməsi sahəsində 5 il təcrübə
• Tikinti norma və standartlarını yaxşı bilməsi
• Smeta, büdcə və vaxt qrafiki ilə işləmə bacarığı
• AutoCAD və MS Office proqramlarında işləmə bacarığı
• Liderlik, təşkilatçılıq və qərarvermə bacarığı
• Komanda idarəetmə təcrübəsi
• Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır
• Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma
• PMP sertifikatı üstünlükdür
İş şərtləri:
6 günlük iş rejimi
Korporativ mobil nömrə və danışıq paketi
Peşəkar və dinamik iş mühitində fəaliyyət imkanı
Dəstəkçi və əməkdaşlığa açıq komanda mühiti