Vəzifə öhdəlikləri:
-
Tikinti materiallarının və digər malların satınalma planına uyğun olaraq təchizatçılardan operativ şəkildə satın alınması.
-
Materialların layihə sahələrinə vaxtında, təhlükəsiz və zədələnmədən çatdırılmasının təmin edilməsi.
-
Təchizat prosesində qiymətlərin monitorinqi və alternativ təchizatçıların tapılmasında dəstək göstərilməsi.
-
Satın alınan malların sifarişə uyğunluğunun (miqdar, keyfiyyət, texniki göstəricilər) yoxlanılması.
-
Ofis və layihə sahələri arasında sənədlərin və kiçik həcmli yüklərin daşınması.
-
Nəqliyyat və təchizatla bağlı rəhbərliyin və layihə komandasının tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
-
Avtomobilin texniki vəziyyətinə nəzarət, gündəlik baxışın keçirilməsi və təmizliyinin təmin edilməsi.
-
Marşrutların effektiv planlaşdırılması, vaxt və yanacaq sərfiyyatının optimallaşdırılması.
-
Ehtiyac yarandıqda ölkədaxili ezamiyyətlərdə iştirak.
-
Təchizatla bağlı sadə hesabatların və qəbzlərin düzgün təqdim edilməsi.
Namizədə dair tələblər:
-
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi (B, C).
-
Sürücü kimi minimum 3 il iş təcrübəsi.
-
Bakı şəhəri və regionları yaxşı tanıma.
-
Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək.
-
Təchizat və loqistika prosesləri haqqında ilkin anlayış.
-
Yaxşı fiziki forma və yüklərlə işləməyə hazırlıq.
-
Operativlik, məsuliyyət və intizam.
-
Tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək bacarığı.
-
Mexaniki sürət qutusu olan avtomobilləri sərbəst idarə etmək.
-
Ünsiyyət və təşkilatçılıq bacarıqları.
Üstünlük verilən keyfiyyətlər:
-
Tikinti və ya loqistika sahəsində sürücü-təchizatçı kimi təcrübə.
-
Təchizatçılarla işləmə və bazar analizi təcrübəsi.
-
Avtomobilin ilkin texniki baxışı və sadə nasazlıqların aradan qaldırılması bacarığı.
-
Uzun məsafəli səfərlərdə təcrübə.
Biz təklif edirik:
-
Stabil və uzunmüddətli iş.
-
Peşəkar və dəstəkləyici iş mühiti.
-
Əmək fəaliyyəti üçün zəruri texniki və təşkilati şərait.