Biz kimik?

MAN-G Design and Construction

“MAN-G Design and Construction” yüksək peşəkarlıq və təcrübə ilə uzun illərdir ki, Azərbaycan inşaat sektorunda çox yeniliklərə və ilklərə imza atmışdır. Belə ki, 90-cı illər ərzində paytaxt Bakı və yaxın regionlarda tikilən bir çox dövlət-strateji obyekt, idarələr, 5 mərtəbəli yaşayış binaları və fərdi tikililər, hazırki şirkətin qurucuları və təsisçiləri tərəfindən inşa edilmişdir. Artıq 2-ci nəslə ötürülən şirkət rəhbərliyi bu missiyaya diqqətlə yanaşmış, tikinti-inşaat sektorunun bütün incəliklərini ali təhsil çərçivəsində Almaniya Federativ Respublikasında yiyələnmişdir. İstər şirkətin idarəetmə sistemi, istərsə də ərazidə və inşaat obyektlərində görülən işlərdə daim Avropa, Alman dəqiqliyi qorunmaqdadır.
Tikinti, təmir, layihələndirmə, interyer-eksteryer dizayn, landşaft, rekonstruksiya, söküntü kimi inşaata aid olan digər sahələr də şirkətimiz tərəfindən yüksək həssaslıqla yerinə yetirilir. Sadaladığımız bu istiqamətlər üzrə inşa ediləcək və ya sadəcə təmiri nəzərdə tutulan məkanda bütün normativlər qorunarsa, o zaman qənaətli, sağlam və uzun ömürlü bir iş ortaya çıxmış olar.
Ölkəmiz günü-gündən inkişaf etməkdədir və məhz bu irəliləmə inşaat sektorunda daha da qabarıq formadadır. Hər birimiz bu inkişafdan yararlanma imkanına malikik. Əgər sizin çoxdan arzu etdiyiniz bir layihə, nəzərdə tutduğunuz tikinti və ya təmir varsa, “MAN-G Design and Construction”-a buyurun, bizimlə görüşün, müzakirə edin. Sürətli və keyfiyyətli işimizlə ümidlərinizi doğruldacağıq!
Xidmətlərimiz
Aşağıdakı xidmətlər üzrə məlumatı bizə zəng edib və ya online sorğu göndərib dəqiqləşdirə bilərsiniz
İnşaat
İnşaat dedikdə, çox geniş bir anlam yaranır və daim yenilənməkdə olan sahədir. Əsasən təməlli tikinti nəzərdə tutulur. Hətta bu sahə üzrə fəaliyyət göstərən şirkətlər əksər hallarda öz adlanmalarında bu termindən sıx istifadə edirlər.
İnteryer Dizayn
İnteryer dizayn sahəsi, insanın dünyagörünüşünü, həyat tərzini ifadə edən, ətrafının və özünün rahat hiss edə biləcəyi bir sahədir.
Landşaft Dizayn
Son illər ərzində inşa edilən fərdi tikililərdə, lahiyələrdə təbiətə, yaşıllıq və dekorativ ağaclara daha üstünlük verilir. Təbiəti sevən xalq olduğumuz üçün bunu daim ətrafımızda görmək arzusundayıq.
Online-Interior-Design-Services
Təmir
Təmir-mövcud bir tikilinin, məkanın əsaslı və ya qismən formada dəyişdirilməsi, yenilənməsi deməkdir. Zamana və istəyə görə tam fərqli üslublarda təmir mümkündür.
Eksteryer Dizayn
Xarici görünüşümüzə daim diqqət edən bir xalqıq. Bu hər bir sahə üzrə aktualdır. Yaşadığımız evin, binanın, iş yerimizin, getdiyimiz məkanın belə hər zaman eksteryerinin mükəmməl görsənməyini arzulayırıq.
Eskiz Layihə
Eskiz layihə tərtibatı, sifarişci ilə şirkət arasında ilk fikirlərin cəmləşdiyi bir formadır. Bura daxildir: eskiz layihə, genplanın quruluşu, mərtəbələrin planı, fasadların görünüşü, prespektiv görünüş, zəruri kəsimlər, dam örtüyünün planı və s.

Video çarxa bax

MAN-G Design & Construction

MAN-G Təmir və tikinti şirkəti uzun illərə dayanan biznes təcrübəsi və bazar biliyinə əsaslanaraq Təmir və Tikinti, Eskiz layihə, Layihələndirmə, Landşaft dizayn, interyer dizayn, Eksteryer dizayn işləri sahəsində rahat və mükəmməl xidmətlər göstərir.