Landşaft Dizayn

Son illər ərzində inşa edilən fərdi tikililərdə, layihələrdə təbiətə, yaşıllıq və dekorativ ağaclara daha üstünlük verilir. Təbiəti sevən xalq olduğumuz üçün bunu daim ətrafımızda görmək arzusundayıq. Amma müasir landşaft bir vaxtlar dəbdə olan bağçılıqdan çox fərqlidir. Tikili ətrafında salınacaq cığır, hər hansı ağac və ya ümumilikdə yaşıllıq, planlı şəkildə, eskiz layihədə öz əksini tapanda daha möhtəşəm olur.
Həyətyanı ərazidə görüləcək işlərin planlanması üçün ərazinin ölçüləri, relyefi, tikilinin hündürlüyü, evdə yaşayacaq ailə üzvlərinin sayı, gələcək qonaqlar və ya asudə vaxt üçün ayrılacaq yer kimi incəliklər nəzərə alınmalıdır.
“MAN-G Design and Construction” uzun illərdir müasir landşaftda istifadə olunan bir çox dekorativ bitkilərin, ağacların ölkəmizə gətirilməsi ilə məşğuldur və böyük dizayner heyəti müasir görünüşə malik bağçılığın eskiz layihəsini hazırlayır.